Türkiyədə "Subaşiç qalmaqalı" böyüyür

Türkiyədə "Subaşiç qalmaqalı" böyüyür

Branimir Subaşiçin transferi ilə bağlı Türkiyənin "Bucaspor" və "Manisaspor" klubları arasında yaranmış problemlə bağlı dünən məlumat vermişdik. Məlumat üçün xatırladaq ki, "Bucaspor"un prezidenti Hüsnü Kaya "Manisaspor"u onlarla anlaşan futbolçunu "oğurlamaqda" ittiham etmişdi.

Fanat.az xəbər verir ki, bu gün "Manisaspor"un prezidenti Abdullah Mergen ittihamlara cavab verib: "Bucaspor" bu futbolçu ilə həqiqətən anlaşıbsa, niyə o, başqa kluba keçir? Mən "Bucaspor" prezidentinə "Subaşiçi transfer etməyəcəyik" deməmişəm. Subaşiç hələ klubu ilə müqaviləsini pozmayıb. Onlar klubumuzun etibarını zədələməyə çalışır. Danışıqlar getdiyi zaman futbolçuya klubumuzla bağlı mənfi mesajlar göndərib "O klubda pul yoxdu", "rəhbərlik dəyişib" deyirlər".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər