Türkiyədə qeyri-adi hadisə: Qapıçını 3 dəfə dəyişdirdilər

Türkiyədə qeyri-adi hadisə: Qapıçını 3 dəfə dəyişdirdilər

Dünya futbolunda daha bir maraqlı hadisə baş verib. 

Fanat.Az xəbər verir ki, olay Türkiyə həvəskar liqasında keçirilən “Meysuspor” - “Amarat Gənclikspor” matçında yaşanıb. Belə ki, ev sahibi komanda əvəzetmə etmədən 3 dəfə qapıçısını dəyişdirib. 

“Meysuspor”un məşqçiləri 43-cü dəqiqədə 12 nömrəli forma ilə çıxış edən qapıçı Ali Cavlakla 23 nömrəli futbolçu Əmrah Altunun mövqelərini dəyişməsini istəyib. Matçın baş hakimi Kemal Hattatioğlu isə oyunu dayandıraraq, bu oyunçuların geyimlərini dəyişdirməsini tələb edib. Həmin oyunçular arasında belə mövqe dəyişikliyi fasilədə və 85-ci dəqiqədə də olub.

Qeyd edək ki, sözügedən qarşılaşma 1:1 bərabərliklə başa çatıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər