Türkiyədə qanlı oyun, azarkeşlər meydana axdı, atəş açıldı

Türkiyədə qanlı oyun, azarkeşlər meydana axdı, atəş açıldı
Muğlada U-17 B liqasında baş tutan "Marmaris" - "Ortaca Belediyespor" "pley-off" matçının final fitindən sonra tərəfdarlar bıçaq və alət sapları ilə meydançaya axışıb.
 
Fanat.Az xəbər verir ki, baş verənlərdən sonra 2 futbolçu və 1 azarkeş yaralanıb. Final fitindən sonra meydançaya girən azarkeşlərin mübahisəsi qısa zamanda təpikli, yumruqlu davaya düşdü. Meydançanı müharibə yerinə çevirən azarkeşləri sakitləşdirmək üçün olaya müdaxilə edən polislər havaya 6-7 dəfə atəş açıb. 
 
Olay zamanı qonaq komandadan Eren Karqın adlı futbolçunun çiyni qırılıb. Meriç Hız və Ortacalı tərəfdarlar olan Burhan Öz də yüngül yaralanıb. yaralanan futbolçular xəstəxanadakı müayinənin ardından aidiyyatı orqanlara şikayət ediblər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər