Türkiyədə millimizin üzvünə lisenziya vermirlər

Türkiyədə millimizin üzvünə lisenziya vermirlər
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ümum Sönməzin çıxış etdiyi "Orduspor"da vəziyyət pisdi. Fanat.az xəbər ki, Türkiyənin PTT 1-ci liqasında çıxış edən klubda maliyyə problemi var.
Artıq iki aydı kluba heç bir maddi dəstək gəlmir və rəhbərliyi sponsor tapa bilmir. Nəticədə komandanın keçmiş oyunçuları pullarını ala bilmədiklərindən TFF-yə müraciət etməyə başlayıblar. Heyətə qatılan futbolçular üçün maliyyə problemləri üzündən lisenziya ala bilməyən kluba transfer yasağının qoyulması gündəmdədi. Hətta "Orduspor"un lisenziya səbəbindən ilk turun "Kayserispor"la oyununa çıxa bilməyəcəyi deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər