Türkiyə Superliqasında daha bir klub baş məşqçisi ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, Türkiyənin "Kayserispor" klubu baş məşqçisi Yalçın Koşukavakla yollarını ayırıb. Klub bu barədə öz "Twitter" səhifəsində məlumat yayıb.
Məlumatda deyilir: "Baş məşqçimiz Yalçın Koşukavakla qarşılıqlı razılaşma əsasında yollarımızı ayırmışıq"
Xatırladaq ki, daha əvvəl mövsüm əvvəlində "Kasımpaşa" klubu da baş məşqçisi ilə vidalaşmışdı.
Emin Şəmsiyev