Türkiyədə maraqlı toy: fanatik gəylinlə-bəy...

Türkiyədə maraqlı toy: fanatik gəylinlə-bəy...

Türkiyənin Anatlya şəhərinin Muratpaşa qəsəbəsində maraqlı nigah mərasimi baş tutub. Fanat.az xəbər verir ki, gənlinlə bəy nigah masasına futbol klublarının formasında əyləşib.

"Qalatasaray" fanatı olan gəlin Hacer Kapsız və "Fənərbaxça" azarkeşi Onur Çareci ədat etdiyimiz gəlin-bəy geyimindən imtina edərək, sevimli klublarının formasına üstünlük veriblər. Maraqlıdı ki, nigaha gələnlər də bəylə-gəlinin yolunu gedərək "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Antalyaspor" forması geyiniblər. 

Nigah məmuru Ruhiye Sami isə bu vəziyyəti zarafatla dəyərləqdirib: "İki əzəli rəqib burda. İnşallah dava-dalaş olmaz". Bu zaman salondakı "Beşiktaş"lılar "Hər zaman, hər yərdə, ən böyük Qartal" şüarını səsləndiriblər.

Daha sonra nigah məmuru gəlinə bu sözlərlə müraciət edib: "Hər matçda dava etmədən xoşbəxt həyat sürdürəcəyinizə hə deyirsiniz?". Hacer Kapsızdan "hə" cavabı alan Ruhiye Sami bu dəfə bəyə müraciət edib: "Hacer Kapsızı "Qalatasaray" - "Fənərbaxça" matçlarını birlikdə izləyərkən də həyat yoldaşı kimi qəbul edirsiniz". Onur Kapsızdan da "hə" cavabı alan nigah məmuru "Qalatasaray" və "Fənərbaxça" ancaq belə bir yerdə eyni sənədi imzalayar, bu anı başqa heç bir yerdə görə bilməzsiniz" deyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər