Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Sami Uğurlu istefa verib.
Fanat.Az xəbər verir ki, onunla müqavilə Super Liqanın 2-ci turu çərçivəsində “Fənərbaxça” ilə ev oyunundan sonra ləğv olunub.
Buna ilk iki turdakı uğursuz nəticələr, xüsusilə “Fənərbaxça”ya biabırçı yenilgi (0:6) səbəb olub. Komanda ilk turda “Başakşəhər”ə 0:4 hesabıyla məğlub olmuşdu.
Sami Uğurlu 2021-ci ilin dekabrından “Kasımpaşa”ya rəhbərlik edirdi.
Bu, Super Liqanın yeni mövsümündə ilk baş məşqçi istefasıdır. Mirağa