İstanbul polisi azarkeşlərə qarşı əməliyyata başlayıb. Fanat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09.00-da start verilən əməliyyat "Fənərbaxça", "Qalatasaray" və "Beşiktaş"ın fan-klublarını əhatə edir.
Türkiyə mediasının məlumatlarına görə, bu əməliyyatın hazırlışlarına 1.5 il öncə başlanılıb. 2011/2012 mövsümündə baş tutan "Fənərbaxça" - "Qalatasaray" derbisindən sonra baş verən olaylar polisi hərəkətə keçirib. Həmin vaxtdan etibarən əvvəlcə "Fənərbaxça", sonra "Qalatasaray", ardınca isə "Beşiktaş" fanatları izlənilməyə başlayıb. Polis aparıcı fanatların telefonlarını və e-maillərini nəzarətə götürüb.
Bu gün səhər saatlarında İstanbul Polis İdarəsinə həsb olunacaqların adlarının olduğu sarı zərflər gəlib və əməliyyata start verilib. Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyata Narkotik polisi də dəstək verib. 500 polisin qatıldığı əməliyyat çərçivəsində artıq ən azı 70 nəfər saxlanılıb. Onların arasında "Beşiktaş"ın "Çarşı" fan-klubunun liderlərindən olan erməni əsilli Alen Makaryan, "Gənc Fənərbaxçalılar"ın lideri Amiqo Sefa, "UltraAslan"ın lideri Muzaffer Şirin də var. Həbslər davam edir.
İstanbul polisi əsasən "Fənərbaxça"nın "Gənc Fənərbaxça"lılar, "12numara.org", "Fənərbaxça", "Qalatasaray"ın "UltraAslan", "Beşiktaş"ın isə "Çarşı" və "Deplasman Kartalları" fan-klublarının üzvlərini həbs edir.
Əməliyyatla bağlı Türkiyənin daxili işlər naziri Muammer Güler açıqlama verib: "Bu günkü əməliyyat azarkeş qrupları arasında qanunsuz fəaliyyətləri olanlara qarşı keçirilir. 96 məkanda keçirilən əməliyyatlarda 69 nəfər həbs olunub".