Türkiyədə daha bir baş məşqçi istefası

Türkiyədə daha bir baş məşqçi istefası

Güvənc Kurtarın "Adanaspor"dan istefasından sonra daha bir Türkiyə klubu baş məşqçisiz qalıb. Fanat.az хəbər verir ki, Super Liqada çıхış edən "Kayseri Ərciyəsspor"un baş məşqçisi Mehmet Özdilek postunu tərk edib.

Məlumata görə, çalışdırıcının istefası bu gün klubun İdarə Heyəti tərəfindən qəbul edilib. Uğur Tütünekerin istefasından sonra qış fasiləsində komandanın başına keçən Mehmet Özdilek 9 matçda 2 qələbə qazanıb və 7 dəfə məğlub olub. Onun "Kayseri Ərciyəsspor"dakı fəaliyyəti 2.5 ay davam edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər