Türkiyədə çempionatdan çəkilən klub sayı 10-a çatdı

Türkiyədə çempionatdan çəkilən klub sayı 10-a çatdı

Türkiyədəki zəlzələ fəlakətindən sonra daha bir klub çempionatdakı çıxışını dayandırmağa qərar verib.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3-cü liqada mübarizə aparan “Elazığspor” da çəkilmə qərarı alıb.

Artıq klub bu qərarını Türkiyə Futbol Federasiyasına rəsmi olaraq çatdırıb. Komanda mövsümün qalan hissəsində oynamayacaq və hər oyunda texniki məğlubiyyət alacaq. Amma növbəti mövsümdən Elazığ təmsilçisi yenə eyni çempionatda iştirak hüququnu saxlayacaq.

Xatırladaq ki, buna qədər daha 9 klub çempionatlardakı iştirakını dayandırdığını elan etmişdi. Super Liqada “Qaziantep” və “Hatayspor”, 1-ci liqada “Yeni Malatyaspor” və “Adanaspor”, 2-ci Liqada “Adıyamanspor” və “Diyarbəkirspor”, 3-cü Liqada isə “Malatya Arguvanspor”, “Kahramanmaraşspor” və “Osmaniyəspor” komandaları mövsümün qalan hissəsində meydana çıxmayacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər