Türkiyədə çalışmış mütəxəssis millinin baş məşqçisi təyin olundu

Türkiyədə çalışmış mütəxəssis millinin baş məşqçisi təyin olundu

Avstraliya millisinin baş məşqçisi postuna təyinat reallaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Kristal Pelas”ın sabiq futbolçusu Toni Popoviç vakant posta təyin olunub. Tərəflər arasında iki illik müqavilə imzalanıb.

Popoviç bu vəzifədə 2018-ci ilin iyulundan Avstraliya komandasına rəhbərlik edən Qrem Arnoldu əvəzləyib. 51 yaşlı mütəxəssis komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarıb, daha sonra 1/8 finala yüksəldib və burada Argentinaya uduzub.

Avstraliya DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda uğursuz nəticə göstərib. Komanda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).

Popoviç 5 il “Kristal Pelas”da oynayıb və karyerasını bitirdikdən sonra klubun məşqçilər korpusunda yer alıb. Məşqçi Yunanıstan və Türkiyədə ("Karabükspor") də çalışıb. Onun son iş yeri 2021-ci ildən bu yaya qədər rəhbərlik etdiyi Avstraliyanın "Melburn" klubu olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər