Türkiyədə azarkeşlər məşqçini yaraladı

Türkiyədə azarkeşlər məşqçini yaraladı
Türkiyə Super Liqasının XXXII turunda "Antalyaspor"un "Gənclərbirliyi"ni 1:0 hesabı ilə yendiyi oyunundan sonra qalmaqal yaşanıb. 
Fanat.Az xəbər verir ki, görüşdən sonra "Gənclərbirliyi" azarkeşləri komandanın bazasının girişində avtobusun yolunu kəsiblər. 
Hadisə zamanı klubun baş məşqçisi Ümit Özat və köməkçisi Ferdi Tatlının avtobusun qapısından yıxılaraq zədə aldıqları bildirib. 
Belə ki, azarkeşlərin söyüş və təhqirlərinə əsəbləşən Ferdi Tatlı avtobusdan düşməyə çalışarkən yıxılıb və başından zədə alıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər