Türkiyə millisinin yoхlama oyunu keçirəcəyi rəqib müəyyənləşib. Fanat.az хəbər verir ki, "ay-ulduzlular" Yunanıstanla qarşılaşacaq.
Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilib ki, oyun noyabrın 17-də İstanbuldakı Başakşəhər Fatih Terim stadionunda baş tutacaq. Matçın saatı hələ bəlli deyil.
Qeyd edək ki, Türkiyə və Yunanıstanın A milli komandaları indiyədək 9 dəfə qarşılaşıb. Bu oyunlardan 6-da türklər, birində yunanlar qalib gəlib, iki matç "sülh"lə bitib.
Fanat.az