Türkiyə Yunanıstana nota verdi

Türkiyə Yunanıstana nota verdi
Yunanıstanın Türkiyədəki səfiri Mixael-Xristos Diamessis Xarici İşlər Nazirliyinə çağrılıb.
Fanat.Az "Habertürk"ə istinadən xəbər verir ki, nazirlikdə elçiyə etiraz notası təqdim olunub. Etirazda Afina Beynəlxalq Hava Limanında Türkiyənin  "Qalatasaray" klubuna qarşı baş verənlər qanunsuzluq, ayrıseçkilik və dostluqdan uzaq davranış olduğu bildirilib. Sonda gələcəkdə belə halların baş verməməsi üçün tədbirlər görülməsi tələb edilib.
Qeyd edək ki, iki gün əvvəl İstanbul təmsilçisi növbəti mövsümə hazırlıq çərçivəsində "Olimpiakos”la yoxlama oyunu keçirmək üçün  Yunanıstana yollanmışdı. Lakin, Afina hava limanında "Qalatasaray”ın koronavirus pandemiyası ilə əlaqədar PCR testləri yunanlar tərəfindən qəbul olunmamışdı. Təxminən 2 saat sürən müzakirələrdən sonra müsbət nəticə əldə edə bilməyəcəklərini başa düşən "Qalatasaray” rəhbərliyi İstanbula dönməyə qərar vermışdi.
Əli Sahib
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər