Türkiyə yığmasının üzvü rəsmən İspaniya klubunda - FOTO

Türkiyə yığmasının üzvü rəsmən İspaniya klubunda - FOTO

Türkiyə millisinin və "Trabzonspor”un yarımmüdafiəçisi Okan Yokuşlu karyerasını İspaniyada davam etdirəcək.

 

Fanat.Azxəbər verir ki, orta xətt oyunçusu "Selta”ya transfer olunub. Artıq klub 24 yaşlı oyunçunun keçidini rəsmən açıqlayıb. Viqo klubu Okanla 5 illik müqavilə imzalayıb. "Trabzonspor” transferdən 6 milyon avro qazanacaq.

Yokuşlu son mövsüm "Trabzonspor”un heyətində 33 oyuna çıxaraq 2 qol vurub.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər