Türkiyə xalla başladı, İspaniya qol olub yağdı

Türkiyə xalla başladı, İspaniya qol olub yağdı

"DÇ-2018"in seçmə mərhələsinin ilk turu davam edir. Fanat.Az xəbər verir ki, bu gecə daha 3 qrupda oyunlar baş tutub.

Türkiyə millisi çətin səfər oyununda xal qazanıb. Xorvatiyanın qonağı olan "ay-ulduzlular" Arda Turan, Səlcuk İnan, Burak Yılmaz, Hakan Balta, Caner Erkin kimi futbolçuların yoxluğunda 1:1 hesablı "sülh"ə razılaşıb.

İspaniya yığması Lixtenşteynə divan tutub. İspanlar ev oyununda 8:0 hesablı qələbə qazanıb. İtaliya səfərdə Uelsə qalib gəlib - 3:1.

Qeyd edək ki, Albaniya Makedoniya oyunu yarımçıq dayandırılıb.

DÇ-2018

Seçmə mərhələ

I tur, 5 sentyabr

D qrupu 

Gürcüstan - Avstriya 1:2

Qollar: Ananidze, 78 - Hintereger, 16. Yanko, 42.

 

Uels - Moldova 4:0

Qollar: Voks, 38. Allen, 44. Beyl, 51; 90+5.

 

Serbiya - İrlandiya 2:2

Qollar: Kostiç, 62. Tadiç, 69 - Hendrik, 3. Murpi, 81.

İ qrupu

Finlandiya - Kosovo 1:1

Qollar: Arajuri, 18 - Berişa, 61-pen.

 

Xorvatiya - Türkiyə 1:1

Qol: Rakitiç, 45-pen - Hakan Çalhanoğlu, 45+2.

 

Ukrayna - İslandiya 1:1

Qollar: Yarmolenko, 41 - Finneboqasson, 6.

 

G qrupu 

İspaniya - Lixtenşteyn 8:0

Qollar: Kosta, 11; 67. Roberto Serxi, 55. David Silva, 59; 90+1. Vitolo, 60. Morata, 82; 84.

 

Albaniya - Makedoniya 1:1 (yarımçıq qalıb)

Qol: Sadiku, 9 - Alioski, 51.

 

İsrail - İtaliya 1:3

Qollar: Ben Haim, 35 - Pelle, 14. Kandreva, 31-pen. İmmobile, 83.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər