Türkiyə və İtaliya AÇ-yə şərikli ev sahibliyi üçün UEFA-ya müraciət etdilər

Türkiyə və İtaliya AÇ-yə şərikli ev sahibliyi üçün UEFA-ya müraciət etdilər

Türkiyə və İtaliya AÇ-2032-yə şərikli ev sahibliyi etmək niyyətindədirlər.

Fanat.Az ANSA-ya istinadən xəbər verir ki, sözügedən ölkələrin futbol federasiyaları bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıblar.

Bir neçə gün öncə İtaliyada səfərdə olan Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi ilə italiyalı həmkarı Qabriele Qravina bir araya gəliblər. Tərəflər həmin görüşdə şərikli namizədliklə bağlı razılaşıblar. 

UEFA İcraiyyə Komitəsi AÇ-2032-yə ev sahibliyi edəcək ölkəni və ya ölkələri oktyabrın 10-da keçiriləcək toplantıdan sonra açıqlayacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər