AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, bu gecə qitə arenalarında 9 qarşılaşma baş tutub.
A qrupunda qardaş Türkiyə yığması Latviyanı qəbul edib və 1:1 hesablı heç-heçəyə razılaşıb. Hollandiya evdə lider İslandiyaya 0:1 hesabı ilə uduzub. Qrupun digər matçında Çeхiya doğma divarlar arasında Qazaхıstanı məğlub edib - 2:1.ş
B qrupunda lider Uels səfərdə 4-cü pillənin sahibi Cənubi Kiprə 1:0, Belçika Bosniya və Hersoqovinaya 3:1, İsrail evdə Andorraya 4:0 hesabı ilə qalib gəlib.
Millimizin yer aldığı H qrupunda da 3 matç baş tutub. Yığmamız Xorvatiya ilə "sülh" bağlayın - 0:0. Norveç Bolqarıstana, İtaliya Maltaya 1:0 hesabı ilə qalib gəlib.
AVRO-2016
Seçmə mərhələ
3 sentyabr
A qrupu
Çexiya - Qazaxıstan 2:1
Qollar: Milan Şkoda, 74; 86 - Yuri Loqvinenko, 21.
Hollandiya - İslandiya 0:1
Qol: Gilfi Siqurdsson, 51.
Qırmızı vərəqə: Bruno Martins İndi, 33 (Hollandiya).
Türkiyə - Latviya 1:1
Qollar: Selcuk İnan, 77 - Valeriys Sabala, 90+1.
| 1 | İslandiya | 7 | 6 | 0 | 1 | 15:3 | 18 |
| 2 |