AVRO-2016-nın seçmə mərhələ matçları davam edir. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında daha 9 oyun baş keçirilib.
A qrupunda 3 oyunda cəmi 1 xal qazanan Türkiyə Qazaxıstanı qəbul edib. "Türk Telekom Arena"da meydana çıxan "ay-ulduzlular" Burak Yılmazın dublu və Sərdar Əzizin bir qolu sayəsində 3:1 hesablı qələbə qazanıb. Qardaş ölkə kimi uğursuz çıxış edən və 3 oyunun 2-də məğlub olan Hollandiya acığını Latviyadan çıxıb. "Narıncılar" doğma meydanda darmadağına sevinib - 6:0. Maksimum nəticə qazanan Çexiya və İslandiya isə Pilzendə üz-üzə gəlib. Matçın əvvəlində hesabda geri düşən çexlər sonda qələbəni bayram edib - 2:1.
B qrupunda lider Uels Belçikanın qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. Son dünya çempionatının iştirakçısı olan Bosniya və Herseqovina səfərdə İsraillə qarşılaşıb və azlıqda qaldığı oyunda darmadağına üzülüb - 0:0. Cənubi Kipr isə Andorranı 5:0 hesabı ilə yenib.
Millimizin Norveçə 0:1 hesabı ilə yenildiyi gecədə H qrupunda da 3 oyun baş tutub. Bolqarıstan evdə Maltaya xal verib - 1:1. Lider Xorvatiya isə İtaliyanın qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb.
AVRO-2016
Seçmə mərhələ
16 noyabr
A qrupu
Hollandiya - Latviya 6:0
Qollar: Robin van Persi, 6. Aryen Robben, 35; 82. Klaas Jan Huntelaar, 42; 89. Ceffrey Bruma, 78.
Türkiyə - Qazaxıstan 3:1
Qollar: Burak Yılmaz, 26-pen; 29. Serdar Aziz, 83 - Samat Smakov, 87-pen.
Çexiya - İslandiya 2:1
Qol: Pavel Kaderabek, 45+1 - Ari Skulason, 9. Con Dadi Bodvarsson, 61 (avtoqol).
| 1 | Çexiya | 4 | 4 | 0 | 0 | 10:5 | 12 |
| 2 | İslandiya | 4 | 3 | 0 | 1 | 9:2 | 9 |
| 3 | Hollandiya | 4 | 2 | 0 | 2 | 10:5 | 6 |
| 4 | Türkiyə | 4 | 1 | 1 | 2 | 5:7 | 4 |
| 5 | Latviya | 4 | 0 | 2 | 2 | 1:10 | 2 |
| 6 | Qazaxıstan | 4 | 0 | 1 | 3 | 4:10 | 1 |
B qrupu
Cənubi Kipr - Andorra 5:0
Qollar: Giorgos Merkis, 10. Corc Efrem, 31; 42; 60. Dimitris Kristofi, 87-pen.
Belçika - Uels 0:0
İsrail - Bosniya və Herseqovina 3:0
Qollar: Gil Vermout, 36. Ömər Damari, 45. Eran Zahavi, 70.
Qırmızı vərəqə: Toni Şunjiç, 48 (Bosniya və Hersoqovina).
| 1 | İsrail | 3 | 3 | 0 | 0 | 9:2 | 9 |
| 2 | Uels | 4 | 2 | 2 | 0 | 4:2 | 8 |
| 3 | Cənubi Kipr | 4 | 2 | 0 | 2 | 9:5 | 6 |
| 4 | Belçika | 3 | 1 | 2 | 0 | 7:1 | 5 |
| 5 | Bosniya və Hersoqovina | 4 | 0 | 2 | 2 | 2:6 | 2 |
| 6 | Andorra | 4 | 0 | 0 | 4 | 2:17 | 0 |
H qrupu
Azərbaycan - Norveç 0:0
Qol: Havard Nordtveit, 25.
İtaliya - Xorvatiya 1:1
Qollar: Antonio Kandreva, 11 - İvan Perişiç, 15.
Bolqarıstan - Malta 1:1
Qollar: Andrey Qalabinov, 6 - Kleyton Failla, 49-pen.
| 1 | Xorvatiya | 4 | 3 | 1 | 0 | 10:1 | 10 |
| 2 | İtaliya | 4 | 3 | 1 | 0 | 6:2 | 10 |
| 3 | Norveç | 4 | 3 | 0 | 1 | 6:3 | 9 |
| 4 | Bolqarıstan | 4 | 1 | 1 | 2 | 4:5 | 4 |
| 5 | Malta | 4 | 0 | 1 | 3 | 1:7 | 1 |
| 6 | Azərbaycan | 4 | 0 | 0 | 4 | 2:11 | 0 |
Fanat.az