Türkiyə taxir yazdı

Türkiyə taxir yazdı
AVRO-2016-nın seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib. Fanat.az хəbər verir ki, qitə arenalarında 9 qarşılaşma baş tutub.
A qrupunda bundan əvvəl Latviya ilə heç-heçə (1:1) oynamış Türkiyə İslandiyaya uduzan (0:1) Hollandiyanı sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb. Lider İslandiya Qazaхıstala "sülh" bağlayıb - 0:0. Çeхiya Latviyanı 2:1 hesabı ilə yenib.
 
B qrupunda lider Uels evdə İsraillə qarşılaşıb və 0:0 hesablı heç-heçəyə razılaşıb. Cənubi Kipr Belçikaya 0:1, Andorra Bosniya və Hersoqovinaya 0:3 hesabı ilə uduzub.
Millimizin yer aldığı H qrupunda da 3 oyun baş tutub. Millimiz səfərdə Malta ilə heç-heçə oynayıb - 2:2. FIFA tərəfindən 1 xalı silinən, daha sonra isə müvəqqəti olaraq bərpa olunan və yenidən 15 xalla qrup lideri olan Xorvatiya uğursuz Bakı səfərinin ardından rəqib meydanında Norveçlə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. İtaliya isə Bolqarıstana qalib gəlib - 1:0.
  
AVRO-2016
Seçmə mərhələ
6 sentyabr
 
A qrupu
Latviya - Çexiya 1:2
Qollar: Arturs Juzins, 73 - David Limberski, 13. Vladimir Darida, 25.
Türkiyə - Hollandiya 3:0
Qollar: Oğuzhan Özyakup, 8. Arda Turan, 26. Burak Yılmaz, 86.
İslandiya - Qazaxıstan 0:0

1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər