Türkiyə Superliqasının 3 oyunu təxirə salındı - SƏBƏB

Türkiyə Superliqasının 3 oyunu təxirə salındı - SƏBƏB

Türkiyə Superliqasının III turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.

Fanat.Az xəbər verir ki, məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb.

"Qalatasaray" - "Qaziantep", "Trabzonspor" - "Kayserispor" və "Samsunspor" - "Başakşehir" görüşləri ertələnib.

Buna "Qalatasaray" (Çempionlar Liqası), "Trabzonspor" və "Başakşehir"in (hər ikisi Konfrans Liqası) avrokubokların pley-off mərhələsində mübarizə aparması səbəb olub.

Avropa Liqasında yer alan "Beşiktaş" isə təqvimə əsasən III turda meydana çıxmayacaq.

Qeyd edək ki, Superliqada III turun oyunları növbəti həftəsonu baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər