Türkiyə Superliqasına yüksələn sonuncu klub məlum olub.
Fanat.Az xəbər verir ki, pley-offun finalında "Adana Demirspor" və "Karagümrük" qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından, penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Karagümrük" Superliqaya vəsiqə qazanıb.
Superliqaya yüksəlmək uğrunda pley-off
Final
"Adana Demirspor" - "Karagümrük" - 1:1
Penaltilər seriyası - 5:6
Qeyd edək ki, daha öncə "Hatayspor" və "Erzurumspor" da Superliqada oynamaq haqqı əldə etmişdilər.
Fanat.Az