Türkiyə Superliqasında 41-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə reallaşıb.
"Konyaspor” – "Trabzonspor”, "Yeni Malatyaspor” – "Hatayspor” və "Başakşəhər” – "Kayserispor” oyunları heç-heçə bitib.
"Kasımpaşa” "Ankaragücü”nü, "Gənclərbirliyi” isə "Göztəpə”ni məğlub yola salıb. "Qaziantep” evdə "Rizəspor”a uduzubsa, "Alanyaspor” da "Ərzurumspor”la görüşdən xalsız ayrılıb.
Lider "Beşiktaş” "Fatih Karagümrük”dən sürpriz yenilgi alıb. Məğlub olan liderin ən yaxın təqibçisi "Fənərbağça”nın rəqibi 17 oyundur məğlub olmayan "Sivasspor” olub. Maraqlıdır ki, bu oyunda da çempionluğa oynayan komanda məğlubiyyətlə üzləşib.
Ötən tur İstanbul derbisində "Beşiktaş”a qalib gələn "Qalatasaray” isə bu dəfə Superliqanı tərk edəcəyi dəqiqləşən "Dənizlispor”un qonağı olub. Səfərdə darmadağına sevinən İstanbul təmsilçisi turnir cədvəlində "Fənərbağça”nı geridə qoyub və "Beşiktaş”ın liderliyinə şərik çıxıb.
Türkiyə Superliqası
41-ci tur
11 may
Konyaspor – Trabzonspor 1:1
Qollar: Hacıahmetoviç, 82 – Baker, 64.
Başakşəhər – Kayserispor 0:0
Dənizlispor – Qalatasaray 1:4
Qollar: R.Niyaz, 62 – İ.Dervişoğlu, 22. Babel, 35-pen. M.Məhəmməd, 87-pen; 89.
Kasımpaşa – Ankaragücü 3:1
Qollar: Haderqyonay, 9-pen. A.Koç, 13. M.Yıldırım, 90+6 – Badji, 85.
Qaziantep – Rizəspor 4:5
Qollar: Maksim, 47. M.Demir, 49; 86. Djilobodji, 89 – T.Tosun, 7. İ.Köybaşı, 32. Soderlund, 45+2. Sabo, 60. Samudio, 79.
Beşiktaş – Fatih Karagümrük 1:2
Qollar: Gezzal, 54 – Bertolaççi, 39. Borini, 80.
Gənclərbirliyi – Göztəpə 5:3
Qollar: Angelo, 44. Ayite, 50. Stanku, 56; 83. M.Mert, 70 – İdeye, 12. Y.Kayan, 31. B.Şimşek, 51.
Alanyaspor – Ərzurumspor 2:3
Qollar: E.Karaca, 30-pen; 41-pen – Raşani, 45+1; 73. C.Alkılıç, 84.
Fənərbağça – Sivasspor 1:2
Qollar: Sisse, 90+2 – Kayode, 45+1. H.Arslan, 48.
Yeni Malatyaspor – Hatayspor 1:1
Qollar: A.Büyük, 64 – Diuf, 45.
Fanat.Az