Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Başakşehir” öz meydanında “Konyaspor”la üz-üzə gəlib. Cari mövsümdə uğurlu çıxışları ilə diqqət mərkəzində olan komandaların oyununda 3 qol qeydə alınıb. Lider “Trabzonspor”un əsas izləyicisi olan “Konyaspor” üçüncü pillədəki İstanbul təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Bu nəticədən sonra “Konyaspor” 49 xalla ikinci pillədəki mövqeyində qalıb. “Başakşəhər” isə 46 xalla üçüncüdür. Türkiyə Super Liqası 21-ci turun oyunu 22 fevral Başakşəhər – Konyaspor 2:1 Qollar: Gulbrandsen, 49. Çağıran, 62-öz qapısına – Byutyuqi, 37.