Türkiyə Superliqası da dayandırılır

Türkiyə Superliqası da dayandırılır
Türkiyə Futbol Federiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, iclasda əsas müzakirə mövzusu çempionatların gələcəyi olub. Yekunda Türkiyə Superliqası daxil olmaqla, ölkədəki peşəkar liqaların koronavirus pandemiyasının yayılması səbəbindən bir ay müddətinə dayandırılması qərara alınıb.
Daha əvvəl Superliqa klublarının əksəriyyəti çempionatın təxirə salınması ilə bağlı fikirlərini ifadə etmişdilər.
 
TFF prezidenti Nihat Özdemirin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu ilə görüşdükdən sonra rəsmi bəyanat yayacağı gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər