Türkiyə Superliqasında 42-ci – sonuncu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, lider "Beşiktaş” İzmir səfərində "Göztəpə”nin qonağı olub.
"Qara qartallar” bu oyunda qələbə qazanacaqları halda, digər nəticələrdən asılı olmayaraq çempionluğu bayram edəcəkdi. İstanbullular hədəfinə gərgin alınan matçı əzmkarlıqla qazanaraq çatıb.
Turnir cədvəlinin ikincisi - "Qalatasaray” "Yeni Malatyaspor”la üz-üzə gəlib. Fatih Terimin komandası zəfərə sevinsə də, "Beşiktaş” büdrəmədiyi üçün "gümüş"lə kifayətlənmək məcburiyyətində qalıb.
Ötən tur evdə "Sivasspor”a uduzaraq, çempionluq şansını çətinə salan "Fənərbağça” isə səfərdə liqada qalmaq uğrunda mübarizə aparan "Kayserispor”la qarşılaşıb. "Beşiktaş” və "Qalatasaray” uduzsa və "Fənər” qələbə qazansa, çempion olacaqdı. Amma digər rəqibləri də turu qələbə ilə başa vurduğundan, sözügedən komanda üçüncü yeri tutub.
Türkiyə Superliqası
42-ci tur
15 may
Ankaragücü – Alanyaspor 0:1
Qol: Davidson, 24.
Antalyaspor – Konyaspor 0:0
Hatayspor – Qaziantep 0:1
Qol: Cefferson, 73.
Fatih Karagümrük – Dənizlispor 5:1
Qollar: Borini, 42-pen. Sobiex, 45+1; 83. Lens, 52. Hedenstad, 90+1 – Mesanoviç, 26.
Rizəspor – Başakşəhər 0:2
Qollar: Aleksiç, 6-pen; 45+1.
Sivasspor – Kasımpaşa 2:1
Qollar: Kayode, 42. Qradel, 69 – Y.Erdoğan, 73-pen.
Qalatasaray – Yeni Malatyaspor 3:1
Qollar: İ.Dervişoğlu, 53. Babel, 60. O.Çağlayan, 90+3 – A.Büyük, 39.
Göztəpə – Beşiktaş 1:2
Qollar: A.Öztürk, 24 – Vida, 10. Gezzal, 69-pen.
Kayserispor – Fənərbağça 1:2
Qollar: P.Enrike, 18 – Valensiya, 90+1-pen. S.Aziz, 90+9.
Trabzonspor – Gənclərbirliyi 2:1
Qollar: Ekuban, 45. Afobe, 87 – Ayite, 52.
Fanat.Az