Türkiyə Superliqasında 33-cü tur yekunlaşıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə 7 görüş keçirilib.
Lider "Başakşəhər” "Kayserispor”u qəbul edib. Meydan sahibləri bu görüşdə qələbə qazanmaqla sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, klub tarixində ilk belə uğur kimi tarixə düşüb.
Tur İtanbul derbisi ilə də əlamətdar olub. "Beşiktaş” əvvəlki vaxtlarının kölgəsini xatırladan "Fənərbağça”nı iki cavabsız qolla yenib. "Sivasspor” isə "Gənclərbirliyi”ni məğlub yola salıb və 4-cü pillədəki mövqeyini qoruyub. Çempionluğa son turlara qədər yaxın olan "Trabzonspor” son dəqiqələrdə buraxdığı ardıcıl 3 qol nəticəsində "Konyaspor”a boyun əyib.
Türkiyə Super Liqası
33-cü tur
18 iyul
Qalatasaray – Göztəpə 3:1
Qollar: Saraççi, 60. E.Akbaba, 81. Y.Akgün, 90+6 – Napoleoni, 77.
Qaziantep – Konyaspor 2:2
Qollar: M.Demir, 6. Maksim, 78 – Thiam, 13; 37.
19 iyul
Alanyaspor – Dənizlispor 1:0
Qol: Bulut, 90+5.
Ankaragücü – Antalyaspor 0:1
Qol: Yahoviç, 90+2.
Başakşəhər – Kayserispor 1:0
Qol: Tekdemir, 19.
Beşiktaş – Fənərbağça 2:0
Qollar: Vida, 63. G.Gönül, 70.
Rizəspor – Yeni Malatyaspor 3:0
Qollar: Şkoda, 29; 35-pen. Boldrin, 31.
Sivasspor – Gənclərbirliyi 2:0
Qollar: Kone, 29-pen. Yatabare, 66.
Trabzonspor – Konyaspor 3:4
Qollar: Sorlot, 12; 56. Novak, 61 – Bayiç, 42. Şengeliya, 81. Şkubiç, 88. Turam, 90+2.
Fanat.Az