Futbol üzrə Türkiyə Superliqasında 11-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki matç keçirilib. “Girəsunspor” evdə “Antalyaspor”a yenilib. “Başakşəhər” isə “Adana Dəmirspor”u evə məğlub göndərərək ardıcıl üçüncü qələbəsini qazanıb.
Türkiyə Superliqası XI tur
1 noyabr
Girəsunspor – Antalyaspor 1:2 Qollar: Diabate, 90+6-pen. – Fredi, 20; 49. Başakşəhər – Adana Dəmirspor 2:1 Qollar: Şadli, 71. Vişça, 90+2-pen. – Assombalonqa, 60-pen.
31 oktyabr
Kayserispor – Fatih Karagümrük 2:1 Qollar: Qavranoviç, 73. Tiam, 90+3 – Bertolaççi, 23. Alanyaspor – Göztəpə 2:2 Qollar: Davidson, 3. Milunoviç, 89 – Tiyaniç, 62. Lourensi, 78. Qalatasaray – Qaziantep 2:0 Qollar: Morutan, 45+3. Aktürkoğlu, 73.
30 oktyabr
Kasımpaşa - Yeni Malatyaspor 2:0 Qollar: Sadiku, 53, Bozok, 73.
Altay - Sivasspor 1:1 Qollar: Bamba, 44 - Yatabare, 38.
Hatayspor - Beşiktaş 1:0 Qol: Lobjanidze, 6.
Konyaspor - Fənərbağça 2:1 Qollar: Dikmen, 3, Bardakçi. 11 - Kahveci, 84.
29 oktyabr
Trabzonspor – Rizəspor 2:1 Qollar: Djanini, 43-pen. Nvakaeme, 73 – Cokoviç, 22-pen.