Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
Türkiyə Superkubokunun qalibi bəlli olub.
 
Fanat.Az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu "Başakşəhər”lə Türkiyə Kubokunun sahibi "Trabzonspor” üz-üzə gəlib.
 
Üç qolun qeydə alındığı matçda Trabzon təmsilçisi çətin qələbəyə sevinib – 2:1. Bununla da "Trabzonspor” tarixində 9-cu dəfə Superkubokda belə zəfər sevinci yaşayıb. Qaradənizlilər bu göstəricidə "Fənərbaxça”ya çatıb. Superkuboku ən çox qazanan komanda isə "Qalatasaray”dır – 16 dəfə.
 
Türkiyə Superkuboku
27 yanvar
 
Başakşəhər – Trabzonspor 1:2
Qol: D.Ba, 58-pen – Djanini, 47. Ekuban, 86.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər