Türkiyə Futbol Federasiyası (TFF) ötən mövsüm Superliqanın və kubokun finalçısı olan komandalar arasında Superkubok matçının keçiriləcəyi yeri açıqlayıb.
Fanat.Az xəbər verir ki, federasiya qızıl dubl edən "Beşiktaş"la kubokun finalçısı "Antalyaspor" arasında Türkcell Super Kubokunun Qətərdə oynanılacağını açıqlayıb.
Matç yanvarın 5-də Qətərin paytaxtı Dohadakı "Əhməd Ben Əli" stadionunda oynanılacaq və saat 20:45-də başlayacaq.
Mirağa