Futbol üzrə Türkiyə Super Liqası ilə vidalaşan ilk iştirakçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ölkə çempionatının 32-ci turunda evdə "Giresunspor"a 0:1 hesabı ilə uduzan "Yeni Malatyaspor"un elitanı tərk etməsi rəsmiləşib.
Hazırda 20 xalla sonuncu - 20-ci yerdə qərarlaşan Malatya təmsilçisi 16-cı pillədəki "Altay"dan 19 xal geri qalır. Qalan 6 turda isə bu fərqi aradan qaldırmaq qeyri-mümkündür.
Qeyd edək ki, bu mövsüm Türkiyə Super Liqasından I Liqaya 4 komanda düşəcək.