Türkiyə Super Liqasında əcnəbi VAR hakimləri olacaq

Türkiyə Super Liqasında əcnəbi VAR hakimləri olacaq

Türkiyə Super Liqasının oyunlarında əcnəbi VAR (Video Köməkçi Hakim) hakimləri olacaq.

Fanat.Az xəbər verir ki, qərarı yerli federasiyanın İdarə Heyəti qəbul edib.

Qurum bunun müvəqqəti olacağını və gənc referilərin inkişafına daha çox şərait yaradacaqlarını açıqlayıb.

Qeyd edək ki, Super Liqada mövsümün ikinci yarısı yanvarın 11-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər