Türkiyə Super Liqası: "Hatayspor" da səfərdə güldü, "Konyaspor" da

Türkiyə Super Liqası: "Hatayspor" da səfərdə güldü, "Konyaspor" da

Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş reallaşıb.

Altı qolun qeydə alındığı “Fatih Karagümrük” - “Qaziantep” qarşılaşması heç-heçı bitib. “İstanbulspor” evdə “Hatayspor”a, “Kayserispor” isə “Konyaspor”a uduzub.

“Beşiktaş” - “Antalyaspor” matçı isə İstanbuldakı terror aktına görə təxirə salınıb.

14 turdan sonra 29 xalı olan “Fənərbağça” vahid liderdir. İkinci olan “Qalatasaray”ın 27 xalı varsa, “Adana Dəmirspor”, “Konyaspor” və “Başakşehir” hərəyə 24 xal toplayıb.

Super Liqa

XV tur 

13 noyabr

Fatih Karagümrük – Qaziantep 3:3 Qollar: Baniya, 32; 52. Kuassi, 69 – E.Ersoy, 13. Fiqeyredo, 20. Mekrel, 65.

İstanbulspor – Hatayspor 0:1 Qol: El Kaabi, 24.

Kayserispor – Konyaspor 1:2 Qollar: Hosseini, 8 – Kalvo, 9. Diuf, 22-pen.

Beşiktaş – Antalyaspor matçı təxirə salınıb

12 noyabr

Sivasspor – Ümraniyəspor 2:2 Qollar: Yatabare, 32, Njie, 59 – Avunu, 27, Mrşiç, 83-pen.

Fənərbağça – Girəsunspor 1:2 Qollar: Valensiya, 19-pen – Sayns, 71; 83.

Başakşehir – Qalatasaray 0:7 Qollar: Aktürkoğlu, 14; 59; 85, İkardi, 45-pen. Ndayişimiye, 45+4-öz qapısına, Mertens, 65, Bardakçı, 88.

11 noyabr

Alanyaspor – Adana Dəmirspor 0:0

Ankaragücü – Trabzonspor 1:1 Qollar: Cigerci, 74-pen – Bardi, 70.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər