Türkiyə Super Liqasında II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun ilk oyun günündə 3 oyun keçirilib.
İlk oyunda "Kasımpaşa" doğma azarkeşlər önündə "Kayserispor"u qəbul edib. Erkən qola imza atan ev sahibləri ilk hissəni 2:0 hesablı qələbə ilə başa vurub. İkinci hissədə isə tərəflər hərəyə bir qolla kifayətlənib. Matç "timsahlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Növbəti oyunda isə "Qaziantepspor" öz meydanında "Antalyaspor"u qonaq edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Günün mərkəzi oyunu isə Kadıköydə baş tutub. "Fənərbaxça" "Əskişəhərspor"la münasibətlərinə aydınlıq gətirib. "Sarı-lacivərtlər" Dirk Kuytun yeganə qoluna sevinib. Qonaqların heyətində Necati Ateş matçın 61-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirə bilməyib. Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Kasimpaşa - Kayserispor 3-1
Qollar: Andre Kastro, 9. Ezequyel Skaryone, 24 (p). Ryan Babel, 68; Jaja, 86.
Fənərbaxça - Əskişəhərspor 1:0
Qol: Dirk Kuyt, 53.
Qaziantepspor - Antalyaspor 0:0.