Türkiyə Super Liqası: "Qalatasaray" 4 qol buraxıb uduzdu

Türkiyə Super Liqası: "Qalatasaray" 4 qol buraxıb uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə üç görüş keçirilib.   “Altay” öz meydanında “Alanyaspor”a, “Girəsunspor” isə “Kasımpaşa”ya uduzub.   Baş məşqçi Fatih Terimlə ayıran və bu posta Domenek Torreni gətirən “Qalatasaray” bu turda “Hatayspor”un müqavimətini qırmağa çalışıb. Altı qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.   Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.

  Türkiyə Super Liqası 21-ci tur

15 yanvar

Adana Dəmirspor – Kayserispor 1:1 Qollar: Assombalonqa, 26 – K.Mane, 87.

Sivasspor – Trabzonspor 1:1 Qollar: L.Ceyms, 20 – A.Ömür, 24.

Fatih Karagümrük – Rizəspor 2:0 Qollar: A.Peşiç, 31. S.Dursun, 75.

Antalyaspor – Fənərbağça 1:1 Qollar: D.Sinik, 81 – Sosa, 72.

14 yanvar   Beşiktaş – Qaziantep 1:0 Qol: Batşuayi, 67.   Yeni Malatyaspor – Göztəpə 1:2 Qollar: Eskihellac, 7 – Əmir, 15. Laurensi, 73.

16 yanvar

Altay – Alanyaspor 0:2 Qollar: Akbaba, 26. Aydın, 81.   Girəsunspor – Kasımpaşa 0:2 Qollar: Ben Uanes, 12. Haderqyonay, 65-pen.   Hatayspor – Qalatasaray 4:2 Qollar: Diuf, 43-pen. Kamara, 62. Lobjanidze, 79; 90+1 – Kılınc, 23. Aktürkoğlu, 45+8.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər