Türkiyə Super Liqasında II turun oyunları davam etməkdədi. Fanat.az xəbər verir ki, turun ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Elazığspor" öz meydanında "Karabükspor"u qəbul edib. Matç qoll bərabərliklə başa çatıb-2:2. Digər bir oyun isə Sivasda baş tutub. "Sivasspor" "Konyaspor"la münasibətlərinə aydınlıq gətirib. 90 dəqiqənin sonunda sevinən tərəf ev sahibləri olub-2:0.
Günün mərkəzi oyunu isə Bursada baş tutub. Yerli "Bursaspor" sonuncu çempion "Qalatasaray"ı qonaq edib. Komandalar qol vursa da, gərgin keçən mübarizənin sonunda qalib müəyyənləşməyib-1:1.
| 1. | Karabukspor | 2 | 1 | 1 | 0 | 4 |
| 2. | Galatasaray | 2 | 1 | 1 | 0 | 4 |
| 3. | Genclerbirligi | 2 | 1 | 0 | 1 | 3 |
| 4. | Besiktas | 1 | 1 | 0 | 0 | 3 |
| 5. | Sivasspor | 2 | 1 | 0 | 1 | 3 |
| 5. | Eskisehirspor | 2 | 1 | 0 | 1 | 3 |
| 7. | Rizespor | 1 | 1 | 0 | 0 | 3 |
| 8. | Kasimpasa | 2 | 1 | 0 | 1 | 3 |
| 8. | Fenerbahce | 2 | 1 | 0 | 1 | 3 |
| 10. | Konyaspor | 2 | 1 | 0 | 1 | 3 |
| 10. | Akhisar Belediye Genclik Ve Spor | 2 | 1 | 0 | 1 | 3 |
| 12. | Kayserispor | 2 | 1 | 0 | 1 | 3 |
| 13. | MP Antalyaspor | 2 | 0 | 2 | 0 | 2 |
| 14. | Erciyesspor | 1 | 0 | 1 | 0 | 1 |
| 15. | Gaziantepspor | 2 | 0 | 1 | 1 | 1 |
| 16. | Elazigspor | 2 | 0 | 1 | 1 | 1 |
| 17. | Bursaspor | 2 | 0 | 1 | 1 | 1 |
| 18. | Trabzonspor | 1 | 0 | 0 | 1 | 0 |