Türkiyə Super Liqası: Adana təmsilçisi səfərdə sevindi

Türkiyə Super Liqası: Adana təmsilçisi səfərdə sevindi

Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.

“Başakşəhər” – “Kasımpaşa” qarşılaşması heç-heçə ilə başa çatıb. “Hatayspor” isə öz meydanında “Adana Dəmirspor”a uduzub.

Hazırda Super Liqanın turnir cədvəlinə 44 xalı olan “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 36 xalla 2-ci, “Samsunspor” 30 xalla 3-cüdür. “Göztəpə” 28, “Eyüpspor” 27, “Beşiktaş” 26, “Başakşəhər” 23, “Qaziantep” və “Antalyaspor” 21, “Kasımpaşa”, “Konyaspor” və “Rizəspor” 20 xal toplayıb.

Türkiyə Super Liqası

17-ci tur 20 dekabr

Eyüpspor – Fənərbağça 1:1 Qollar: Kutucu, 26 - En Nesiri, 45+4.

21 dekabr

Sivasspor - Samsunspor 0:0

Beşiktaş - Alanyaspor 1:1 Qollar: Rafa Silva, 7 - Lima, 5.

22 dekabr

Qaziantep – Antalyaspor 2:0 Qollar: Kozlovski, 42. A.Maksim, 66.

Göztəpə – Rizəspor 3:0 Qollar: Miroşi, 25; 78. Tiyaniç, 71.

Kayserispor – Qalatasaray 1:5 Qollar: Bahoken, 14 – Osimhen, 4; 71. Yılmaz, 29; 87. Akgün, 51.  

Trabzonspor – Bodrumspor 1:0 Qol: Maleyro, 86.

23 dekabr

Başakşəhər – Kasımpaşa 2:2 Qollar: Pyontek, 9-pen; 42-pen – Da Kosta, 3. Gül, 68.

Hatayspor – Adana Dəmirspor 1:3 Qollar: Abubakar, 25 – S.Güler, 61. Demirbağ, 70. Aymbetov, 75.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər