Türkiyə şirkəti "Traktorsazi"yə sponspor oldu

Türkiyə şirkəti "Traktorsazi"yə sponspor oldu

Türkiyə şirkəti Təbrizin "Traktorsazi" klubuna sponsorluq edəcək. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə və İran mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, "Atlas Global" beynəlxalq hava yolları şirkəti Cənubi Azərbaycan klubuna sponsor olub. "Dünyanın ən çox azarkeşi olan türk klubu" adlandırılan "Traktorsazi" yeni mövsümdə İran çempionatının oyunlarına üzərində bu şikətin loqoları olan formalarda çıxacaq.

Formaların üzərində "Atlas Global"ın adı və loqosu, loqonun üzərində isə kiçik ölçüdə Urmiya gölünən fotosu dərc olunub. 

Qeyd edək ki, "Dünyanın ən çox azarkeşi olan türk klubu" adlandırılan "Traktorsazi" daim Türkiyədə mətbuatının diqqət mərkəzindədi. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər