Türkiyə rusvay oldu, Hollandiya uduzdu, İtaliya uddu

Türkiyə rusvay oldu, Hollandiya uduzdu, İtaliya uddu
AVRO-2016-nın seçmə mərhələsinin oyunları davam etdirilib. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında daha 8 oyun baş tutub.
A qrupunda Çexiya dünyanın ən güclülərindən olan Hollandiyanı 2:1 hesabı ilə yenib. Qardaş Türkiyə yığması İslandiyada rüsvay olub. 59-cu dəqiqədə Ömer Toprakın meydandan qovulması izlıqda qalan "ay-ulduzlular" 0:3 hesabı ilə uduzub. Qazaxıstan - Latviya oyunu isə qolsuz bərabərliklə başa çatıb.
B qrupunda Uels səfərdə Andorranı, Cənubi Kipr Bosniya və Hersoqovinanı 2:1 hesabı ilə yenib. Hər iki oyunda ilk qolu meydan sahibləri vursa da, qonaqlar qələbəni bayramı edib.
Millimizin yer aldığı H qrupunda da 3 oyun keçirilib. Azərbaycanın Bolqarıstana uduzduğu (1:2) gecədə Xorvatiya edvə Maltanı, İtaliya səfərdə Norveçi 2:0 hesabı ilə yenib.
Qeyd edək ki, ilk iki oyund günündə seçmə mərhələnin 17 qarşılaşması baş tutub. Növbəti oyunlar oktyabrın 9-u 14-ü aralığında keçiriləcək.
AVRO-2016
Seçmə mərhələ
9 sentyabr
A qrupu
Qazaxıstan - Latviya 0:0
Çexiya - Hollandiya 2:1
Qollar: Borek Dokkal, 21. Vaklav Pilar, 90+1 - Stefan de Vrij, 55.
İslandiya - Türkiyə 3:0
Qollar: Con Dadi Bщdvarsson, 18. Gilfi Siqurdsson, 76. Kolbeinn Siqtorsson, 77.
Qırmızı vərəqə: Ömer Toprak, 59.
 
B qrupu
Andorra - Uels 1:2
Qollar: İldefons Lima, 6-pen - Qaret Beyl, 22; 81.
Bosniya və Hersoqovina - Cənubi Kipr 1:2
Qollar: Vedad İbişeviç, 6 - Dimitris Kristofi, 45; 73.
H qrupu
Azərbaycan - Bolqarıstan 1:2
Qollar: Dmitri Nazarov, 54 - İlian Miçanski, 14. Ventsislav Xristov, 87.
Xorvatiya - Malta 2:0
Qollar: Luka Modriç, 46. Andrey Kramariç, 81.
Qırmızı vərəqə: Stiv Borq, 31.
Norveç - İtaliya 0:2
Qollar: Simone Zaza, 16. Leonardo Bonuççi, 62.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər