Avropa Liqasında fasilə başa çatıb. Fanat.az xəbər verir ki, turnirin 1/16 final mərhələsinə İstanbuda start verilib.
“Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Matça çox aktiv başlayan istanbullular erkən qol üçün bir neçə şans əldə etsələr də, bunu reallaşdıra bilməyiblər. Ancaq qol özünü çox gözlətməyib. 18-ci dəqiqədə Jozef de Souza hesabı açıb. Qoldan sonra da hücumlara ara verməyən "sarı-bülbüllər" hissənin sonuna kimi ələ düşən imkanları boş veriblər. İkinci hissə də ilk yarı kimi türklərin hücumu şəraitində keçib. Qol isə sona 18 dəqiqə qalmış olub. Bu dəfə də de Souza fərqlənib. Beləliklə, matçdan 2:0 hesablı qələbə ilə ayrılan "Fənərbaxça" növbəti tur üçün qapını aralayıb.
Avropa Liqası
1/16 final, ilk oyun
16 fevral
Fənərbaxça (Türkiyə) - Lokomotiv (Rusiya) 2:0
Qollar: Jonas De Souza, 18; 72.
Hakimlər: Martin Stromberqsson, Daniel Qustavsson, Stefan Hallberq, Maqnus Syoblom (İsveç).
Əlavə köməkçi hakimlər: Bojan Pandiç, Məhəmməd Əl-Hakim (İsveç).
İstanbul, “Şükrü Saraçoğlu” stadionu
Fənərbaxça: 40. Fabiano, 4. Kyaer, 22. Bruno Alves, 77. Gökhan Gönül, 5. Mehmet Topal, 6. Souza, 8. Ozan Tufan, 20. Volkan Şen, 88. Caner Erkin, 11. Robin van Persi, 17. Nani.
Ehtiyat oyunçular: 1. Volkan Demirel, 3. Hasan Ali Kaldırım, 19. Şener, 24. Kadleç, 15. Uyqar Zeybek, 26. Alper, 9. Fernandao.
Lokomotiv: 1. Gilyerme, 5. Peyçineviç, 28. Duriça, 29. Denisov, 55. Yanbayev, 3. Kasaev, 4. Manuel Fernandes, 19. Səmədov (k), 23. Tarasov, 88. Ndinya, 32. Skuletiç.
Ehtiyat oyunçular: 77. Koçenkov, 17. Mixalik, 18. Kolomeystev, 36. Barinov, 59. Mirançuk, 7. Maykon, 96. Jemaletdinov.
Fanat.az