Türkiyə - Rusiya matçı keçiriləcək

Türkiyə - Rusiya matçı keçiriləcək

Futbol üzrə Türkiyə millisi yoxlama matçı keçirəcək. Fanat.az xəbər verir ki, "ay-ulduzlular"ın rəqibi Rusiya yığması olacaq.

Sözügedən qarşılaşma 31 avqustda Antalyada baş tutacaq.

Məlum məsələdi ki, Rusiyaya məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər soyuq müharibə halına gəlib çıxmışdı. Türklər bu qarşılaşmanı keçirməklə ruslarla münasibətlərin yenidən yaxşılaşdırmağı, bölgəyə turist axınını təmin etməyi düşünür. Elə qarşılaşmanın Antalyaya təyin edilməsi də təsadüfi deyil.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən qarşılaşmaya Rusiya dövlət başçısı Vladimir Putini dəvət etməyi düşünür. İş burasındadı ki, Ərdoğanın 9 avqustda şimal qonşumuza səfəri nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər