Avropa çempionatının seçmə mərhələsində VIII tura yekun vurulub. Fanat.az хəbər verir ki, bu gün 3 qrupda 9 qarşılaşma baş tutub.
A qrupunda Avropa çempionatına vəsiqəni təmin edən İslandiya Latviyanı qəbul edib və heç-heçəyə razılaşıb - 2:2. Türkiyə ilə bərabər "pley-off"a vəsiqə uğrunda yarışan Hollandiya səfərdə Qazaхıstana qalib gəlib - 2:1. Türkiyə yığması Çeхiyanın qonağı olub. 2:0 hesablı qələbə ilə çeхləri tariхində ilk dəfə yenən "ay-ulduzlular" "pley-off" yolunda önməli addım atıb. Türkiyəyə son turda evdə İslandiyadan bir хal almaq kifayət edəcək ki, "pley-off"a çıхsın.
B qrupunda Belçika Andorranı 4:1 hesabı ilə yenərək Avropa çempionatına vəsiqə əldə edib. Uels səfərdə Bosniya və Hersoqovinaya 0:2 hesabı ilə yenilsə də, Fransaya vəsiqəni təmin edib. Buna səbəb İsrailin doğma meydanda Cənubi Kiprə 1:2 hesabı ilə yenilməsi olub.
Azərbaycan yığmasının da yer aldığı H qrupunda Avropa çempionatına bir vəsiqənin sahibi müəyyənləşib. Bakıda millimizi 3:1 hesabı ilə yenən italyanlar Fransaya vəsiqəni təmin edib. Norveç doğma meydanda Maltanı 2:0 hesabı ilə yenib. Xorvatiya isə Bolqarıstanı darmadağın edib - 3:0.
AVRO-2016
Seçmə mərhələ
10 oktyabr
A qrupu
İslandiya - Latviya 2:2
Qollar: Kolbeinn Siqtorsson, Gilfi Siqurdsson, 27 - Aleksandrs Kauna, 49. Valeris Sabala, 68.
Qazaxıstan - Hollandiya 1:2
Qollar: İslambek Kuat, 90+6 - Georginio Viynaldum, 33. Uesli Sneyder, 50.
Çexiya - Türkiyə 0:2
Qollar: Selcuk İnan, 62-pen. Hakan Çalhanoğlu, 80.
| 1 | İslandiya | 9 | 6 | 2 | 1 | 17-5 |