Avropa çempionatında qrup mərhələsi sona yaxınlaşır. Bu gün son turun oyunlarına start veriləcək və yekunda 1/8 finalın iştirakçıları müəyyənləşəcək.
İlk dəfə 24 komandanın iştirak etdiyi turnirin formatı da əvvəlkilərdən fərqlənir. Belə ki, bu dəfə növbəti mərhələyə təkcə qrupda ilk iki pilləni tutan komandalar çıxmayacaq. Əvvəlkindən fərqli olaraq 1/8 final mərhələsinin keçiriləcəyi turnirdə qrupda ilk iki pilləni tutan komandalarla yanaşı, 3-cü pillədə qərarlaşmış ən yaxşı 4 komanda da mübarizəni davam etdirəcək.
Sözsüz ki, indi ölkəmizdə çoxlarını Türkiyə millisinin taleyi maraqlandırır. İlk iki turda Xorvatiya və İspaniyaya yenilən "ay-ulduzlular" 1-2-ci pillələri tutmaq şansını itirib. İndi türklər ən yaxşı 3-cü olan 4 komandadan biri olmalıdı.
Bəs Türkiyə qrupdan necə çıxa bilər? Bunun üçün Fatih Terimin yetirmələri ilk növbədə Çexiyanı məğlub etməlidi. Amma mərhələ adlamaq üçün yetərli deyil. Digər qruplardakı oyunların nəticələri də Türkiyənin taleyinə təsir edəcək.
"Ay-ulduzlular"ın qrupdan çıxması üçün bir çox ssenari var. Amma biri var ki, onun reallaşması digərlərindən daha realdı.
Beləliklə,
* A qrupunda keçiriləcək Rumıniya - Albaniya matçı heç-heçə bitər;
* E qrupunda İtaliya İrlandiyaya, Belçika İsveçə uduzmaz;
Bu halda Türkiyə Çexiyanı məğlub edərək ən yaxşı 3-cü olaraq 1/8 finala çıxa bilər.
Fanat.az