Türkiyə qrupdan necə çıxa bilər?

Türkiyə qrupdan necə çıxa bilər?

Fransada keçirilən Avropa çempionatının D qrupunda qərarlaşan Türkiyə millisinin işləri heç də yaxşı getmir. 

Sport7.az xəbər verir ki, "ay-ulduzlular" turnirə iddialı qatılsalar da, bu, meydanda heç də hiss olunmadı.

Qrupun ilk matçında Xorvatiyaya 0:1 hesabı ilə uduzan qardaş ölkə təmsilçisi, ikinci oyununda da İspaniya qarşısında aciz qaldı - 0:3. Ardıcık iki məğlubiyyətdən sonra Fatih Teriminin yetirmələri üçün "Avro-2016"nın başa çatdığını düşünsək də, hələ də cüzi şans qalıb.

Məsələ burasındadı ki, ilk dəfə 24 millinin iştirak etdiyi "Avro-2016"da qrupunda 3-cü olan ən yaxşı 4 komanda növbəti tura vəsiqə qazana biləcək. Türklər də 4 komandadan bir olmaq üçün sonuncu matçda Çexiyanı bacardığı qədər böyük hesabla məğlub etməlidi. 

Qeyd edək ki, qrupun ən yaxşı 3-cüləri çox xal toplayanlar, vurulan və buraxılan qol sayına, "fair-play" və UEFA-nın ötən ilki reytinqinə görə hesablanır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər