"Qalatasaray" fanatları Fatih Terimin müdafiəsinə qalxıb. Fanat.az xəbəp verir ki, klubun qərarından dərhal sonra Florya Mətin Oktay bazasının qarşısında toplaşan minlərlə fanat qərara etiraz edib və rəhbərliyi istefaya çağırıb.
Daha sonra isə çox sayda tərəfdar Terimin Tarabyadakı evinə doğru hərəkət edib. Təxminən 500 nəfərlik qrup "İmperator Fatih Terim" və digər şüarlar səsləndirib, eyni zamanda, klub prezidenti Ünal Aysalı postunu tərk etməyə səsləyib.
Ardından Fatih hoca evindən çıxaraq azarkeşlərin yanına gəlib. Fanatları salamlayan "İmperator" onlardan halallıq istəyib və olduqca məyus görünüb. Azarkeşlərə "haqqınızı halal edin" deyən Terim evinə qayıdıb.
Fanatlar dağılışandan sonra Terim polisin müşayəti ilə evdən gedib. Lakin tərəfdarlar yolda maşın karvanının qarşısını kəsərək "hocanı satanı biz də satarıq", "Ünal Aysal, istefa", "Cim-Bom" xalqındır, litseyin deyil" qışqırıblar.
"Bəyaz TV"nin məlumatına görə, ünlü çalışdırıcı azarkeşlərlə görüşərkən göz yaşlarını saxlaya bilməyib. Bu "İmperator"un ictimaiyyət önündə ilk ağlamasıdı.