Türkiyə, Polşa və Norveçlə eyni nəticəARAŞDIRMA 6

Türkiyə, Polşa və Norveçlə eyni nəticəARAŞDIRMA 6

DÇ-2014-ün seçmə mərhələsində F qrupunda mübarizə aparan milli yekunda 9 xal topladı. Berti Foqtsun komandası 4-cü olaraq tarixinin ən yaxşı nəticəsinə imza atdı. Hesabında 1 qələbə 6 heç-heçə və 3 məğlubiyyət olan yığmamız rəqib qapılarından 7 top keçirib və 11 dəfə oyuna mərkəzdən başlayıb. Görəsən 4-cü yeri tutmaq necə göstəricidi? Suala cavab tapmağa çalışaq:

 

Seçmə mərhələnin son iki oyunu ərəfəsində Şimali İrlandiya və Rusiya ilə görüşlərdən 4 xal götürmək asan tapşırıq deyildi. Yığmamız bunu bacardı. Qrupu sonuncu pillədə bitirmək təhlükəsini britaniyalıları yenərək (2:0) geridə qoyan millimiz şimal qonşularımızdan da xal aldı – 1:1. F qrupunda 4-cü yerdə qərarlaşmaq indiyədək ən yaxşı halda sonuncudan əvvəlki pilləni görən iddiasız komanda üçün pis nəticə deyil. Adlı-sanlı komandaların çoxuna baxanda hardasa, təskinlik tapmaq da olar. Şotlandiya, Bolqariya, İrlandiya, Türkiyə, Norveç, Litva, Polşa və Gürcüstan da öz qrupunda dördüncü olub. Gördüyünüz kimi Azərbaycan qonşu dövlətlə birgə orta səviyyəli Avropa yığmaları ilə bir cərgədədi. "Cırtdanlar"la yanaşı Uels, Makedoniya, Albaniya, Latviya, Moldova və Belarusu da qabaqlamışıq. O cümlədən də dördüncülüklə kifayətlənən Ermənistanı! Axı yığdığı 13 xal qarşılığında bədnam qonşularımız yalnız Maltanı geridə qoyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər