Türkiyə polisi Mahir Şükürovu axtarır

Türkiyə polisi Mahir Şükürovu axtarır
Türkiyə mənbələrində millimizin üzvü Mahir Şükürovla bağlı araşdırma apararkən bir xəbər diqqətimizi çəkdi. Belə ki, həmin xəbərlərdə türk polisinin Mahir Şükürovu axtardığı bildirilir. Amma bu Mahir milli komandamızın üzvü, hazırda "Karşıyaka" ilə danışıqlar aparan Mahir deyil.
Belə ki, ötən həftənin bazar ertəsi Ədirnədə iki quruplaşma arasında silahlı insident düşüb. İddiaya görə, iki azərbaycanlı quruplaşma münasibətlərini aydınlaşdırıb. Nəticədə polis məmuru Hüseyn İmrağ şəhid olub.
Hadisə yerində çox sayda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı saxlanılıb. İstintaq nəticəsində məlum olub ki, polis zabitini şəhid edən cinayətkar Mahir Şükürov adlı azərbaycanlı olub. Onun 36 yaşında olduğu bildirilir. Polis hər tərəfdə futbolçumuzun adaşını axtarır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər