Türkiyə nəhənglərindən Azərbaycana dəstək - FOTO

Türkiyə nəhənglərindən Azərbaycana dəstək - FOTO
Türkiyənin "Fənərbağça” klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı yayımlayıb. 
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi rəsmi "Twitter" səhifəsi vasitəsilə bununla bağlı paylaşım edib.
Yayımlanan mesajda "Bizi bir-birimizə bağlayan qürurumuz, ay-ulduzumuzdur! İki dövlət, bir millət! Yanındayıq, sizə dəstəyik, Azərbaycan!” - yazılıb.
Türkiyə nəhənglərindən Azərbaycana dəstək - FOTO
"Trabzonspor" klubu da cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub. Qara dəniz təmsilçisi bu barədə rəsmi "Twitter" səhifəsində paylaşım edib. 
Paylaşımda "Dağ sizsiniz, torpaq biz, qanad sizsinizsə, yarpaq bizik. Türkiyəyik, Trabzonuq, Azərbaycanıq!" - yazılıb.
 
Türkiyə nəhənglərindən Azərbaycana dəstək - FOTO
Bundan əvvəl "Qalatasaray" Azərbaycana dəstək olmuşdu. İstanbul klubu sosial media hesabından "Tək millət, iki dövlət! Qardaşlarımızın yanındayıq!" mesajını yayımlamışdı.
 
Türkiyə nəhənglərindən Azərbaycana dəstək - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər