Türkiyə nəhəngi "Frayburq"un türkünü aparır

Türkiyə nəhəngi "Frayburq"un türkünü aparır

Almaniyanın "Frayburq" klubunun futbolçusu Berkay Yılmaz karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" yayıb.

Xəbərə görə, türkiyəli yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. İstanbul təmsilçisi hücumda və müdafiədə fəal olan oyunçunu heyətinə qatmaq üçün klubu ilə danışıq aparır.

Qeyd edək ki, Berkay cari mövsüm "Frayburq"  forması ilə 9 rəsmi maçtda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər