Futbol üzrə Türkiyə millisi İngiltərə yığması ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, oyun yoxlama matçı çərçivəsində keçiriləcək.
Bu barədə məlumatı Türkiyə Futbol Federasiyası yayıb. Yayılan məlumata görə, oyun mayın 22-də baş tutacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma "City of Manchester" stadionunda keçiriləcək.
Fanat.az